"Avropada ilin muzeyi" müsabiqəsi (ing. European Museum of the Year Award - EMYA) — dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrdən biri.[1]
Müsabiqə 1977-ci ildən bəri Avropa Muzey Forumu tərəfindən keçirilir.[1] Hər il onlarla Avropa muzeyi bu yarışmada iştirak edərək nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır.[1] Müsabiqə, eyni zamanda, geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi daşıyır.[1]
Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı yenidənqurmadan keçmiş, yeni bölüm yaratmış muzeylər iştirak edə bilərlər.[1] Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə etməsi, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət göstərməsidir.[1]
İl | Muzey | Şəhər | Ölkə |
---|---|---|---|
1977 | Ayronbric muzeyi | Ayronbric | Birləşmiş Krallıq |
1978 | Raydt qalası muzeyi | Münhenqladbax | Almaniya |
1979 | Kamarque muzeyi | Arles | Fransa |
1980 | Katarine Konvent muzeyi | Utrext | Niderland |